Xəbər verildiyi kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəzi qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə edilib.
Eləcə də bax: Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan - AZAD EDİLƏCƏK
FED.az xəbr verir ki. Dəyişikliklərdən bəri «Gömrük tarifi haqqında» qanuna aiddir. Yeniliyə əsasən, 2023-c ilin əvvəlindən etibarən dövlət məktəblərinin ehtiyacı üçün ölkəyə gətirilən cihaz avadanlıq və qurğu və vasitələrin 2 iil müddətinə göəmrük tüsumundan azaj edilməsi nəərdə tutulur.
Dəyişikliyin, əlavə olunan hissənin mətni belədir:
“20.0.22. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə”.
Komitənin iclasında millət vəkili Vüqar Bayramov bildirib ki, bu güzəşt təkcə dövlət deyil, özəl təhsil müəsəisələrinə də aid edilməlidir.
«Azərbaycan qanunları mülkiyyət növünə görə ayrı-seçkilərk nəzərdə tutmur – ona görə də bu dəyişikliyin bütün mülkiyyət növlərinə aid məktəblərə tətbiqi daha doğru və məntiqlidir».
«Həm də özəl məktəblərin sayı da çox deyil» deyə millət vəkili bildirib.
Onun təklifinə görə, qanunvericilikdə edilən dəyişiliyin mətnində dövlət sözü çıxarılmalı və güzəşt bütün təhsil müəssisələrinə, o cümlədən özəl məktəbərə də aid olmalıdır».