Banner

Təhsil və elm

Mikayıl Cabbarov vətəndaşları qəbul edib

Mikayıl Cabbarov vətəndaşları qəbul edib | FED.az
16:47 31 İyul 2017

Təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.

Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, direktorların işə qəbulu, işə bərpa olunma və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər yerindəcə həllini tapıb.

Digər xəbərlər

Banner