Təhsil naziri Mikayıl Cabbarov Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, martın 6-da saat 10:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 27-28-də və martın 1-2 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.