Banner

Təhsil və elm

Məşhur fizik kosmosa gedir

Məşhur fizik kosmosa gedir | FED.az
11:56 24 Mart 2017

Məhşur İngilis kosmoloqu və fiziki Stephen Hawking iş adamı Richard Bransonun kosmik gəmisiylə səyahətə çıxacağını bəyan edib.

İngiltərədə bir televiziya proqramında çıxış edən dünyanın ən böyük elm adamlarından sayılan Hawking kosmosa səyahət edəciyini heç vaxt xəyal etmədiyini söyləyib.

"Branson mənə Virgin Galactic-də bir yer təklif edən kimi, dərhal razılaşdım"-, deyə alim bildirib.

Richard Bransonun sahibi olduğu Virgin Hava Yolları Virgin Galactic adında bir kosmik gəmi inşa edir.

Şirkət kosmosa sərnişin daşıyacaq.

Hawking reportajda 3 övladının ona böyük bir sevinc gətirdiyini, kosmosa səyahətin isə ona xoşbəxtlik gətirəcəyini bildirib.

Stephen Hawking Donald Trump-ın idarə etdyi ABŞ-da bundan sonra arzu olunacağından əmin olmadığını söyləyib.

"ABŞ-a təkrar gedib, elm adamlarıyla danışmağı çox istərdim, amma orda yaxşı qarşılanmayacağımdan çəkinirəm" deyən Hawking-in fikrincə Trump seçicilərini məmnun etmək üçün daha sağa və avtoritarlığa yönələcək.

Stephen Hawking 2009-cu ildə ABŞ prezidenti Barack Obama tərəfindən prezident medalı ilə təltif olunmuşdu.

bbc©

Digər xəbərlər

Banner