Banner

Təhsil və elm

Mərkəzi Bankın təşəbbüsü ilə məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilmişdir

Mərkəzi Bankın təşəbbüsü ilə məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilmişdir | FED.az
11:33 12 İyul 2017
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi siyasəti çərçivəsində həyata keçirdiyi sislsilə tədbirlərini davam etdirir.

AMB-dən FED.az-a bildirilib ki, bu məqsədlə, 16 fevral – 05 iyun tarixlərində Bakı və Xırdalan şəhərlərində yerləşən 15 məktəbəqədər təhsil müəssisəsinə səfər edilmiş və bu müəssisələrin hər birində məktəbəqədər təhsilin standartlarına uyğun olaraq 25 dəqiqəlik məşğələlər keçirilmişdir. Uşaqlarda ilkin maliyyə savadlılığı anlayışlarını formalaşdırmaq üçün məşğələlər əzrində onlara pul tarixi, pul nişanları və qənaətlə bağlı məlumatlar interaktiv oyunlar vasitəsilə təqdim edilmişdir. Bu tədbirlərdə ümumilikdə 400-ə yaxın uşaq və tərbiyəçi əhatə olunmuşdur.

Mərkəzi Bank geniş əhalinin, xüsusilə məktəblilər, valideynlər, məktəbəqədər təhsil müəssisələrinin uşaq və müəllim heyətinin bu tədbirlərə olan böyük marağını nəzərə alaraq, gələcəkdə onların artırılması, bir qədər geniş miqyasda reallaşdırılması üçün yeni, təkmilləşdirilmiş resurslar üzərində işləyir.
Məktəbəqədər təhsil müəssisələrində maliyyə savadlılığı üzrə tədbirlərin növbəti mərhələsinin icrasına 2017-ci ilin sentyabr ayında başlanacaq.

Digər xəbərlər

Banner