Banner

Təhsil və elm

Mərkəzi Bankdan tələbələrə şad xəbər: Təcrübə qazanın

Mərkəzi Bankdan tələbələrə şad xəbər: Təcrübə qazanın | FED.az
10:38 30 Yan 2018

Azərbaycan Mərkəzi Bankı 2018-ci il İnternatura proqramına qəbul üçün müsabiqə elan edib.

FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, proqramına iş təcrübəsi olmayan, bakalavr pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistr tələbələr aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər:

İqtisadiyyat;

Kompyuter elmləri və informasiya texnologiyaları;

Maliyyə;

Mühasibat uçotu;

Menecment;

Tətbiqi riyaziyyat.

İnternatura proqramı bu il iyulun 2-dən sentyabrın 17-dək davam edəcək. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq doldura bilərsiniz.

Son müraciət tarixi 5 fevral 2018-ci ildir.

Təcrübəçilər Mərkəzi Bankın Pul siyasəti, Nağd pul, Starteji idarəetmə, Statistika, İqtisadi təhlil, Tədqiqatlar və Ödəniş sistemləri və tədqiqatlar departamentlərində təcrübə keçmək şansı qazanacaqlar. Tələblər də çox sərt deyil. Namizədlərdən daha çox analitik düşüncə qabiliyyəti tələb olunur.

Digər xəbərlər

Banner