“Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir. Bu, bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə hallar var idi”.
Eləcə də bax: Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil idarələri yaradılıb - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var: “Bir qisim valideynlərin bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox.
Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizlərin olmaması ilə əlaqədardır”.