Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.
Eləcə də bax: Operativ Qərargahdan məktəblərlə bağlı - Açıqlama
FED.az xəbər verir ki, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.
Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.
Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.
Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur. (Report)