Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil.
FED.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Eləcə də bax: 10 məktəb direktoru - İŞDƏN ÇIXARILIB
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir:
"Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş gəlişi ilə bağlı problemlərə əsasən kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".
Trend