Məktəblərdə rüşvət halı ilə bağlı hər müraciət araşdırılır.
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı nazirliyə müraciətlər olur.
"Həm mediada, həm sosial şəbəkələrdən müraciətlər qəbul edirik. Bu hallar hamısı araşdırılır və geridönüş edilir" (Trend).