Şagirdlər ağıllı saat və telefonlar, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” layihəsində öz əksini tapıb.
Layihədə o da bildirilir ki, əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından (telefon, planşet və s. - red.) istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir.
Bundan başqa, əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.