Təhsil və elm

Məktəb tikintisi üçün pul ayrıldı - SƏRƏNCAM

Məktəb tikintisi üçün pul ayrıldı - SƏRƏNCAM | FED.az
15:44 7 May 2019

Ölkə Prezidenti İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb. 

FED.az xəbər verir ki, sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb. 

Eləcə də bax: Prezident rayona 2 milyon manat ayırdı - SƏRƏNCAM

Digər xəbərlər