Azərbaycanda orta məktəb müəllimlərinin işə götürülməsi və ya yerləyişməsi qaydası dəyişir.
FED.az xəbər verir ki bu «Ümumi təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda gözlənilən dəyişiklikdə nəzərdə tutulub.
Hökumət Naxçıvanı «TaxFree» zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
Qanunda edilən dəyişiklik iki məsələyə aiddir – birincisi, müəllimlərin işə götürülməsi və yerdəyişməsi yalnız müsabiqə ilə olacaq. İkinci yenilik odur ki, bu müsabiqəə iştirak ödənişlidir, yəni məktəb müəllimləri müsabiqədə iştirak etmək üçün ödəniş etməli olacaqlar.
Bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik artıq Milli Məclisə təqdim edilib.
Qanuna dəyişiklikdə bildirilir ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Başqa sözlə, müsabiqənin keçirilməsi qaydasını müvafiq dövlət qurumu – Təhsil və Elm Nazirliyi müəyyən edəcək.
Digər tərəfdən dəyişiklikdə bildirilir ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişlidir. Müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Qeyd edək ki, bəzi şəxslər üçün işə qəbul müsabiqəsi pulsuz olacaq. Bunlar ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olanlar, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərdir.












