Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bəs hazırda mağazalarda qiymətlər necədir?
Bakıda məktəbli formalarının satış məntəqələri açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, paytaxtda yerləşən məktəb ləvazimatları satan mağazalardakı qiymətlər araşdırılıb. Qiymətlər ötən illə nisbətdə müxtəlif ləvazimatların qiymətlərində 10 qəpikdən 3 manata qədər bahalaşıb. Satıcılar bildiriblər ki, bahalaşma daşınma qiymətlərinin arması ilə bağlıdır. Valideynlər daha çox sentyabrın 1-dən sonra məktəb ləvazimatlarını almağa üstünlük verirlər, ancaq valdeynlərin indidən tədris ilinə hazırlıq görmələri məsləhət görülür. Çünki tədris ilinin başlamasına bir həftə qalmış, həm sıxlıq olur, həm də ləvazimatların cüzi də olsa qiymətləri bahalaşa bilər.
Beləliklə, əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 18-55 manat
Dəftər: 40 qəpik - 2,50 manat
Sadə karandaşlar: 10 qəpik -1,80 manat
Rəsm albomları: 1-5 manat
Dəftər-kitab üzlükləri: 20-50 qəpik
Sadə qələmlər: 20- qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 2-8 manat
Pozan: 30-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 30 qəpik -2,50 manat
Plastilin: 1- 4,50 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 - 3,6 manat (Trend)