Yeni tədris ilinin başlanmasına 2 gün qalıb. Şagirdlər 3 aylıq tətildən sonra məktəbə hazırlaşır, valideynlər isə məktəb üçün alış-veriş edirlər. Bəs şagird ləvazimatları satılan mağazalarda qiymətlər necədir?
Eləcə də bax: BŞTİ valideynlərə çağırış edib: "Şagirdlər məktəbə ötənilki formalarla gələ bilərlər"
FED.az xəbər verir ki, satıcıların sözlərinə görə, bu il əsasən kağız məmulatlarında qiymət 15-20 qəpik artıb. Bunun da əsas səbəbi odur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdən gələn kağız materiallarının qiyməti artıb. Digər ləvazimatların daşınma xərci də cüzi artıb.
Məktəb alış-verişi deyilən kimi ağıla ilk çanta gəlir. Çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 15-55 manat arasında dəyişir.
Beləliklə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 15-55 manat
Dəftər: 40 qəpik - 2 manat
Sadə karandaşlar: 10 qəpik -1,80 manat
Rəsm albomları: 1-4 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 1 - 8 manat
Pozan: 20-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 20 qəpik -2,40 manat
Plastilin: 1- 4,40 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 - 3,6 manat
Məktəbli forması: Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.
Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər. Satıcılar qeyd edib ki, məktəb vaxtına kimi qiymətlərin artması gözlənilmir. (Trend)