Təhsil və elm

MBA təhsili almaq istəyənlərin nəzərinə - QİYMƏTLƏR

MBA təhsili almaq istəyənlərin nəzərinə - QİYMƏTLƏR | FED.az
13:17 1 İyun 2018

UNEC Biznes Məktəbinin MBA proqramı 2018/2019-cu tədris ili üçün magistr qəbulu elan edib. Məktəbdən FED.az-a verilən məlumata görə, burada tədris 3 dildə (Azərbaycan, rus, ingilis) aşağıdakı ixtisaslaşmalar üzrə aparılır:

1. Maliyyə

2. Ümumi təyinatlı

3. Beynəlxalq biznes

4. Menecment

5. Marketinq

6. Mühasibat uçotu

7. Qiymətli kağızlar

8. İnsan resurslarının idarə olunması

9. Bank və sığortanın idarə edilməsi

10. Səhiyyənin idarə edilməsi

11. Turizm və otelçiliyin idarə edilməsi

12. Mühəndislik və idarəetmə

13. İdmanın idarə edilməsi

14. Layihələrin idarə olunması

UNEC Biznes Məktəbindən FED.az-a verilən məlumata görə, burada MBA səviyyəsində tədris haqqı ildə 3 min manat təşkil edəcək. Dərslər həftə içi 2-3 gün olmaqla saat 18-40-dan 21-50-dək davam edəcək. MBA tədrisi nəticsində ikili diplom da almaq mümkündür.

Digər xəbərlər

Banner