Magistraturaya qəbul olunanların 18%-i, MBA-da isə 37%-i UNEC-in payına düşür.
FED.az xəbər verir ki, bunu UNEC-in rektoru rektoru Ədalət Muradov deyib.
O həmçinin bildirib ki, UNEC ölkədə 4 dildə (azərbaycan, türk, rus, ingilis) təhsil verən yeganə ali təhsil müəssisəsidir və burada ali təhsilin bütün pillələri üzrə tədris həyata keçiririk:
"Biz həm bakalavr, həm də magistraturada ixtisasların sayını artırmış, əmək bazarının ən son tələblərinə uyğun yeni ixtisaslar müəyyən etmişik. Bütövlükdə, ölkədə magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür. Bu rəqəm MBA proqramı üzrə 37,1 faizdir".