Təhsil və elm

Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlanıb

Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlanıb | FED.az
12:11 16 Avq 2017

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən APA-ya verilən xəbərə görə, jurnalın 7-ci nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim edilir.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Digər xəbərlər

Banner