Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.
Eləcə də bax: Məktəblilərə - TELEVİZYADAN DƏRS KEÇİRİLƏCƏK - VİDEO
FED.az "report"a istinadən xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənib. Bununla da magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.
Eləcə də bax: Bu tələbələrə təqaüd verilməyəcək - QAYDALAR DƏYİŞDİ
Eyni zamanda dəyişikliklə magistr diplomu ilə magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamağa imkan verəcək.