Lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan, yəni növbəti il VII sinfə keçəcək şagirdlərlə məhdudlaşdırılması qərarı ləğv olundu.
Bu siniflər də liseylərə imtahan verə biləcək - Qadağa ləğv olundu
FED.az xəbər verir ki, Təhsil İnstitutundan bildirilib ki, şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, gözlənilən dəyişiklik valideynlərin ciddi narazılığına səbəb olmuşdu. Valideynlər bu qərarın imtahana 20 gün qalmış açıqlanmasından narazı idilər.
Təhsil ekspertləri bildirirlər ki, belə ciddi qərarlar qəbul edilməmişdən öncə mütləq ictimaiyyətə əvvəlcədən məlumat verilməlidir. Valideynlər əvvəlcədən məlumatlı olsaydılar, övladlarını lisey və gimnaziyalara hazırlıq üzrə kurslara göndərməz, xərc çəkməzdilər.
Təhsil eksperti Cahid İmanlı deyir ki, bu qərar ilk növbədə şagirdlərin təhsil hüququnu pozurdu.