“Bir neçə ildən sonra yaxşı kadrları görə biləcəyik”.
Tələbə kreditlərində yeni güzəştlər tətbiq olunacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfə artıb: “Gələcəkdə bu tip müəssisələrin sayının artırılması gözlənilir: “Lisey və gimnaziyaların sayı 15-dən 39-a çatdırılıb. Məqsəd budur ki, ölkədə olan 39 lisey sayı 100-ə çatdırılsın”.