Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrin birləşdirilməsi ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Bəzi institutlar birləşdirilərək publik hüquqi şəxs olub, üç elmi istehsalat birliyi ləğv edilib - SƏRƏNCAM
FED.az xəbər verir ki, E.Əmrullayev UNEC-də mühüm elmi müzakirələrə həsr olunmuş “Elm Festivalı” zamanı çıxış edərkən qeyd edib ki, elmi müəssisələr birləşdirilərkən ixtisarlar olmayacaq.
"Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. Çünki bizim məqsədimiz kiminsə həyatını çətinləşdirmək deyil”- deyə o əlavə edib. (Trend)