“Nar” "İslam Həmrəyliyi İli"nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub.
Təhsil nazirliyinin təşkilatçılığı ilə mayın 27-də ölkənin müxtəlif bölgələrində eyni vaxtda təşkil edilən bilik yarışı 1500-dən çox bölgə məktəblilərinin iştirakı ilə keçirilib. İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri 2017-ci ildə məktəblilər arasında Azərbaycan “Brain Ring” çempionatında iştirak etmək hüququ qazanıblar.
Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində hər zaman təhsil və maariflənməyə xüsusi diqqət ayıran “Nar” "İslam Həmrəyliyi İli"nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına da dəstək olmağa qərar verib. Belə ki, Bakı, Gəncə, Şirvan, Sumqayıt, Mingəçevir, Şəmkir, Masallı, Quba, İmişli, Göyçay və Zaqatala şəhərlərində eyni vaxtda keçirilən intellektual oyunun qalibləri olmuş məktəbliləri dəyərli hədiyyələrlə mükafatlandıran mobil operator, habelə bu bilik yarışının keçirildiyi 11 bölgənin hər birində xüsusi “Nar” köşələri təşkil edib. Yarış bölgələrin sosial-ictimai həyatında önəmli rol oynamaqla yerli məktəblilərin böyük marağına səbəb olub.
“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.
“Nar” regional məktəb çempionatına dəstək olub
16:04
30 May 2017