Azərbaycanda peşə təhsili müəssisələrinə qəbul sahəsində təkmilləşmə prosesi davam etdiriləcək. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi ilə Asan Xidmət Mərkəzinin birgə layihəsi olan “Asan peşə”nin icrasına başlanılıb. Onun sözlərinə görə, təhlillər göstərir ki, bu layihə nəticəsində peşə məktəblərinə qəbul olanların akademik göstəricilərində yaxşılaşma baş verir: “Bu da öz növbəsində onu göstərir ki, peşə təhsilinin nüfuzu, peşə təhsili seçimi daha yüksək seçim kimi qəbul edilir.
“ASAN peşə” layihəsi davam edəcək və genişləndiriləcək. Asan xidmətlə nazirliyin əməkdaşlığı da genişlənir və davam edir. Quba və Mingəçevir şəhərlərində tikintisi gedən “ASAN həyat” mərkəzlərində peşə təhsili müəssisələrinin bir hissəsinin yerləşməsi nəzərdə tutulur. Başlanan və tətbiq edilən yanaşmaları bütün ölkə ərazisində genişləndirməyi planlaşdırırıq”.
“ASAN həyat” mərkəzlərində peşə məktəblərinin bir hissəsi yerləşdiriləcək
14:49
12 May 2017