Təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı və Mitost Assosiyasının dəstəyilə gənclər üçün “Layihələrin İdarəolunması” təlimləri keçirilib.
FED.az xəbər verir ki, İnkişaf Zamanı Proqramı “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusuna həsr olunub. 2020-ci il avqustun 31-dən sentyabrın 6-dək baş tutan onlayn təlimlərə Azərbaycanın fərqli bölgələrindən olan gənclər qatılıb.
Proqram iştirakçıları müxtəlif incəsənət alətlərindən istifadə edərək yeni layihələr hazırlayıb. Təlim zamanı gənclər layihə idarəçiliyin əsaslarını öyrənərək büdcə, effektiv kommunikasiya, iş bölgüsü, fandreyzinq, hədəf qrupları ilə iş, vaxtın idarəçiliyi və s. mövzulara dair bilgilər əldə edib. Qeyri-formal təhsil vasitələrindən istifadə etməklə öyrəniləb məlumatlar praktik sessiyalarla davam edib. Eyni zamanda gənclərin təşəbbüslərinə dəstək vermək üçün mentorlar qrupu formalaşdırılıb və onlara 3 gün ərzində mentorluq təlimləri keçirilib
5 ay müddətində davam edəcək proqram zamanı iştirakçılar layihə idarəçiliyinin əsaslarını öyrənəcək və incəsənət alətlərində istifadə etməklə yeni təşəbbüslər reallaşdıracaqlar.