Baş Nazir Əli Əsədov Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclərin yaradılması haqda qərar imzalayıb.
FED.az xəbər verir ki, qərara əsasən, kolleclər bir neçə universitetin nəzdinə verilib və bəzilərinin ixtisasları dəyişdirilərək daha aktual istiqamətlərdə fəaliyyət göstərəcəklər. Eləcə də kolleclərin hamısı publik hüquqi şəxsə çevriliblər.
Belə ki,
1. Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə,
2. Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə,
3. Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə,
4. Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə,
5. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə,
6. Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevriləcək.
Bundan başqa,
7. Gəncə Musiqi Kolleci Gəncə Dövlət Regional Kollecinə birləşlirilərək onların bazasında Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.
8. Lənkəran Dövlət Humanitar Kolleci istiqamətini tamamilə dəyişərək Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevriləcək.
9. Şəki Dövlət Texniki Kolleci Şəki Dövlət Regional Kollecinə birləşdirilərək onların bazasında publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.
Haqqında danışılan kolleclər yeni qaydada təşkil edilib qeydiyyata alınana qədər əvvəlki formada fəaliyyətlərini davam etdirəcəklər.