Kanadalı alimlər dünyada ən qədim su mənbəyi tapıblar.
Rusiya mətbuatı yazır ki, Toronto Universitetinin alimləri Kanadada iki milyard il yaşı olan su mənbəyi aşkarlayıblar. Qədim göl Kanada şaxtalarından birində yer səthindən üç kilometr dərinlikdə tapılıb. Elmi ictimaiyyət bu tapıntını tanıyıb.
Elə həmin şaxtada mütəxəssislər təxminən üç il bundan əvvəl 1,5 milyard il yaşı olan su yataqları kəşf etmişdilər. Onda bu rəqəm alimləri əməlli-başlı təəccübləndirmişdi. Lakin son tapıntı bu rekordu qıra bilib.