Dünyanın ən yaxşı işəgötürən şirkəti olan JTİ şirkəti artıq bir neçə il keçirdiyi “Make İt Bright” adlı layihəsinə start verib və Azərbaycan universitetlərin bakalavr pilləsində sonuncu iki kurs oxuyan tələbələri əvəzolunmaz Beynəlxalq Təcrübə proqramında iştirak etməyə ilk dəfə dəvət edir.
FED.az xəbər verir ki, şirkətin açıqlamasında deyilir:
Biz JTI, Japan Tobacco International və Biz azadlığa inanırıq. Biz düşünürük ki, seçim etməkdə sərbəst olduğumuz zaman, imkanlar sonsuzdur. Əslində son 20 ili istehlakçılarımızın seçimi üçün yeni və daha yaxşı məhsullar yaratmağa, yeniliklərə sərf etdik. Bu şəkildə biz böyüdük və indi 130 ölkədə təmsil olunuruq.
Biz məzunlara Global Təcrübə Programını əldə etmək üçün unikal bir fürsət təqdim edirik!
Make It Bright 2021 lahiyəsi, 32 ölkədən nümayəndələri bir araya gətirəcək həyəcan verici bir çağırışdır. Şanslı qaliblər JTI-də 6 aylıq Global təcrübə və digər inkişaf imkanları qazanacaqlar!
Yarışın əsas məqsədləri bunlardır:
- Gələcək peşə inkişafı üçün vacib olan təcrübəni iştirakçılarla bölüşmək;
- İştirakçılara yeni çağırışlar və imkanlarla dolu olan proqram təklif etmək ;
- İştirakçılara peşəkar dəstək və həyəcan verici bir iş mühiti imkanı yaratmaq;
- İştirakçılara beynəlxalq təcrübə qazanmaq şansı vermək.
Biz inanırıq ki, “Make İt Bright” layihəsi tələbələrə gələcək karyera həyatında böyük imkanlar yaradacaq. Əgər ilkin mərhələdə iştirakçının ideyası bizi cəlb etsə, bu halda iştirakçıyə mentor təyin olunacaq və proqram boyu ideyanı daha da inkişaf etdirmək üçün və peşəkar şəkildə təqdimat etmək üçün yardım edəcək.
Kim iştirak edə bilər?
- 18-24 yaş həddində olan Azərbaycan vətəndaşları;
- Son iki kursda təhsil alan bakalavr tələbələri; yarışmada qeydiyyatdan keçdiyiniz zaman sona qalan iki illik təhsil qeydiyyatında olmalıdır;
- Aspiranturada oxuyan tələbələr (doktorantura və ya MBA kimi) iştirak edə bilməzlər;
- Müraciət edənlər iki ildən (2) çox tam iş vaxtı müddətində çalışmamalıdılar. Təcrübə, şagirdlik, yay iş təcrübəsi və özünüməşğulluq tam iş vaxtı hesab edilmir;
- Müraciət edənlər yüksək səviyyədə İngilis dilinə sahib olmalı və İngilis dilində çətinlik çəkmədən başa düşə, oxuya, yaza və ünsiyyət qura bilməli, yüksək şəkildə təqdimat keçirmə bacarıqlarına malik olmalı;
- Müraciət edənlər yaradıcı və yenilikçi olmalıdırlar
Qaliblər 6 aylıq JTI İsveçrə təcrübə və digər inkişaf imkanları qazanacaqlar!
Necə ərizə verilməli?
Yuxarıda qeyd edilən tələblərə cavab verirsinizsə bu halda www.makeitbright.com saytına daxil olun:
“Choose a country you want to register with” bölümündə Azerbaijan seçin
“Join in” - Create an account tıklayın və tələb olunan məlumatları daxil edin və bununla qeydiyyatdan keçin.
2 nəfərdən ibarət olan bir komanda yaradın, real JTI Business çağırışı seçin və fikirlərinizi qlobal bir platformada təqdim edin.
Məlumatları daxil etdikdən sonra elektron ünvanınıza gələn məktubu təsdiqliyin!
Qeydiyyat üçün son tarix: 31 May 2021
Sizdən markalarımızı və ya məhsullarımızı tanıtmağınızı istəmirik!
İştirak haqqı və ya başqa bir ödəniş tələb olunmur.
Bu ecazkar və unikal macəranın hər addımından zövq alın!
İdeyaya qoşul – daha çox kəşf et!
#MakeItBrightChallenge
Əlavə məlumat üçün [email protected] və [email protected] e-mail ünvanına və 994 (51) 207 03 96 telefonla müraciət edə bilərsiniz.
Daha ətraflı məlumat əlavə olunmuş fayldan əldə edə bilərsiniz və sizin təsdiqinizi aldıqdan sonra universitet nümayəndələri və tələbələri ilə sizə uyğun olan zamanda virtual təqdimat və görüş keçirmək istərdik.
Make It Bright Challenge 2021! Are you ready?