İstanbul Gedik Universitetin rektoru cənab Prof. Dr. Ahmet Kesik SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
FED.az xəbər verir ki, BANM rektoru Elmar Qasımovla görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə beynəlxalq layihələrdə, tələbə mübadiləsi və ikili diplom proqramları kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
BANM-ın mühəndislik, informasiya texnologiyaları və biznes sahələrindəki uğurları yüksək qiymətləndirilib.