“Ümumilikdə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır”.
Komitə sədri: "Azərbaycanda 3000 manat əməkhaqqı alan müəllimlər var"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib.
O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır: “Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur. 8 iyun tarixində də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq. Onların böyük əksəriyyətinin uğur qazanacağına inanırıq”.