Bu il İlk dəfə ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb.
FED.az xəbər verir ki, bununla bağlı təhsil müəssisəsində keçirilən məlumat sessiyasında bildirilib ki, dövlət sifarişli yerlər l və ll ixtisas qrupları üzrə ayrılıb.
Qeyd olunub ki, ümumilikdə 6 ixtisas üzrə 180 dövlət sifarişli yerə qəbul aparılacaq:
"I qrup üzrə Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, İnformasiya texnologiyaları ixtisaslarının hər birinə 30 yer, ll qrup üzrə isə Maliyyə, İqtisadiyyat ixtisaslarının hər birinə 30 yer ayrılıb. Gələcəkdə dövlət sifarişli yerlərin sayı və ixtisasların siyahısı artırılacaq". (Report)