Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.
FED.az xəbər verir ki, dövlətimizin başçısına və xanımına görülən işlər barədə məlumat verildi.
Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.
Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.