İsrail elm adamları bu gün süni ət hazırlaya bildiklərini elan ediblər. Alimlər komandası artıq öz SuerMeat startaplarını qeydiyyatdan keçirib.
Məhsulun hazırlanma texnologiyası ev heyvanlarının huceyrələrinin sintezindən ibarətdir, məsələn toyuğun hüceyrələrinin əsasında süni toyuq əti yaratmaq mümkündür. Ekspertlərin sözlərinə görə, belə olan halda qida çatışmazlığı məsələsinə rast gəlinməyəcək. Qeyd edək ki, süni ət yüksək texnologiyalar əsasında hazırlanacaq. Cihazlar tamamən təhlükəsizdir və uğurla sınaqdan çıxarılıb. Alimlərin dediyinə görə, insanlar təbii ətlə süni ətin heç bir fərqini hiss etməyəcəklər. Əksinə, süni yollarla hazırlanmış ətə müştərinin tələbinə uyğun müxtəlif ərzaqlar da əlavə etmək mümkün olacaq.
Yaxın vaxt ərzində ətin geniş şəkildə istehsalına başlanılması nəzərdə tutulur. Ekspertlərin sözlərinə görə, süni yaradılmış ətin 1 kiloqramı üçün ortalama qiymət 5 dollar təşkil edəcək və bir müddət sonra qiymətin düşəcəyi gözləniləndir.
İsrail alimləri süni ət hazırlayıblar
12:24
23 Avq 2016