Məktəblər arasında İqtisadiyyat Müsabiqəsinin birinci turu yekunlaşıb. Azərbaycan, ingilis və rus dillərində onlayn keçirilən müsabiqənin birinci turunda Azərbaycanın 150 məktəbindən 300-dən çox şagird iştirak edib.
FED.az xəbər verir ki, müsabiqə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) ilə İqtisadi Təhsil İnstitutunun (İNEV) birgə reallaşan beynəlxalq yarışmadır.
Elm və Təhsil Nazirliyi müsabiqənin təşkilinə xüsusi dəstək vermişdir. Müsabiqənin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq və iqtisadi təhsili təşviq etməkdir. Yarışmada bunu İqtisadi Əsaslar Təşəbbüsü (EFI) tərəfindən nəşr olunan “Sağlam iqtisadi düşüncə: hər kəsin fərdi və milli rifah haqqında bilməli olduqları” kitabının Azərbaycan dilində pulsuz nəşrini Azərbaycanda tələbələrə təqdim etməklə həyata keçirmək məqsədi daşıyır.
Birinci turda ən yaxşı nəticə toplamış 21 şagird sonuncu seçim turunda iştirak edəcəklər. Müsabiqənin qalibləri bu ilin sentyabrında Avropada təşkil ediləcək beynəlxalq olimpiada Azərbaycanı təmsil edəcəklər.