Milli Məclisdə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradılıb.
Bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bilirib.
İ. Həbibbəylinin rəhbərlik edəcəyi İşçi Qrupuna millət vəkilləri və müvafiq strukturların nümayəndələri daxil edilib.
Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib: "İndiyə qədər ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib. Bu sahədə qanun ilk dəfə hazırlanacaq”.