Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub.
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.