Bu ilin iyun-iyul aylarında 100-ə yaxın bağça müdiri işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
Eləcə də bax: Bakıda 11 direktor və 56 direktor müavini - İŞDƏN ÇIXARILIB
FED.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, yoxlamalar davam etdiriləcək və işini düzgün yerinə yetirə bilməyən şəxslərlə bağlı mütəmadi tədbirlər görüləcək. (Apa)