layihəsi uğurla davam edir.
Layihə çərçivəsində 300-ə yaxın abituriyentə UNEC-dəki fakültələr, ixtisaslar, keçid balları
barədə ətraflı məlumat verilir. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın
üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Azərbaycanın
regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-
in rəsmi Facebook səhifəsində cavablandırılır.
Eləcə də bax:Bu gündən ali məktəblərə ixtisas seçimi - BAŞLAYIR
Layihədə ölkənin aparıcı məktəbləri ilə yanaşı, region məktəblərinin məzunları da iştirak edirlər.
Onların arasında II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlər üstünlük təşkiledib. Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq imkanı
abituriyentlərin xüsusi marağına səbəb olub. Onlar 4 il ərzində London Universiteti/London
İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti və Fransanın Paris şəhərində yerləşən
Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu
qazanmaq imkanını böyük şans kimi dəyərləndiriblər.
Abituriyentlərin diqqətinə çatdırılıb ki, 600 və daha yüksək bal toplayanlar, eləcə də beynəlxalq
olimpiada qalibləri arasında UNEC-i seçənlər bir semestr boyu hər ay 100 AZN məbləğində
təqaüd qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir.
Layihədə iştirak etmək istəyənlər 18-46 “Qaynar xətti”nə və ya 492-60-43 telefon nömrələrinə
zəng etməklə qoşula, həmçinin UNEC-in rəsmi Facebook səhifəsinə yaza bilərlər. Layihə ixtisas
seçimi bitənədək davam edəcək.
24 iyul 2019