I ixtisas qrupu RK alt qrupu üzrə 12 955 plan yeri uğrunda 11 819, Rİ alt qrupunda isə 7 430 plan yeri uğrunda 6 848 abituriyent mübarizə aparacaq.
FED.az xəbər verir ki, ümumilikdə bu qrupdakı 20 385 plan yerinə qarşı 23 919 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. I qrupda plan yerindən 3 533 nəfər artıq ərizə verib.
II ixtisas qrupu üzrə 14 935 plan yeri uğrunda 19 041 abituriyent və subbakalavr ərizəsini təsdiqləyib. Bu qrpda plan yerindən artıq ərizə verənlərin sayı 4 104 nəfərdir.
III ixtisas qrupu DT alt qrupu üzrə 13 558 plan yeri uğrunda 2 4087, TC alt qrupunda isə 2 025 plan yeri uğrunda 7 620 abituriyent mübarizə aparır. Ümumilikdə 15 583 plan yerinə qarşı 2 4414 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu qrupda plan yerindən artıq ərizə verənlərin sayı 8 831 nəfərdir.
IV ixtisas qrupu üzrə 4 732 plan yeri uğrunda 6 966 abituriyent və subbakalavr elektron ərizəsini təsdiqləyib. Bu qrupda plandan artıq ərizə verən 2 234 nəfəri müsabiqədən kəsilmə gözləyir.
V ixtisas qrupu üzrə 4 704 plan yeri uğrunda 16 517 abituriyent və subbakalavr ixtisas seçimi edib. Bu qrupda plandan artıq ərizə verən 11 813 abituriyent müsabiqədən keçməyəcəyini proqnozlaşdırmaq olar (Modern.az).