"Azərbaycan Hava Yolları" (AZAL) ADA Universitetinin tələbələri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, tələbələr bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar.
Bundan sonra tələbələr regionda ən böyük logistik mərkəzi olan “Baku Cargo Terminal” yük terminalında olublar.
“Silk Way Business Aviation” biznes-aviasiyası ekskursiyanın növbəti məntəqəsi olub. Burada tələbələr “Gulfstream business-jet” təyyarələri ilə tanış olublar.
Ekskursiya sərnişin təyyarəsini gəzməklə başa çatıb, həmçinin tələbələr pilot kabinəsində olmaq şansı əldə ediblər.
Heydər Əliyev Beynəlxalq Aeroportu tələbələr üçün ekskursiya təşkil edib
11:30
25 Okt 2016