“Hər üç müəllimdən biri 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib.
O qeyd edib ki, 28929 müəllim 500 AZN-ə qədər, 63 983 müəllim 500-1000 AZN arası, 34165 müəllim 1000-1500 AZN arası, 6177 müəllim 1500-2000 AZN, 542 nəfər isə 2000 AZN və daha artıq maaş alacaq.