SOCAR Gürcüstanda yaşayan soydaşlarımızın işsizlik və təhsil problemlərini diqqətlə öyrənir, qanun çərçivəsində onların həllinə yardım göstərir.
FED.az xəbər verir ki, bu sözləri “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov söyləyib.
Eləcə də bax: Bu il təhsil üçün xarici ölkələrə göndərilən azərbaycanlı gənclərin sayı - AÇIQLANIB
Onun sözlərinə görə, hazırda Gürcüstan universitetlərində 3 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onların da 1970 nəfərinə təqaüd verilir. Gələcəkdə bu dəstək davam etdiriləcək və proqram daha da təkmilləşdiriləcək.
Gürcüstanda işsizlik problemlərinin həllinə toxunan baş direktor deyib ki, SOCAR ölkədə 5100 nəfəri işlə təmin edib.
“SOCAR Gürcüstanda azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli və Kaxeti bölgələrində sosial layihələr həyata keçirir və bu siyasət davam etdirilir”, - deyə baş direktor vurğulayıb.
Azərtac