Gürcüstanda təhsil sahəsində maraqlı islahatlar aparılıb. FED.az xəbər verir ki, bu haqda məlumatları bölüşən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ötən il baş verən yeniliklər həm məktəblərə nəzarət, həm də texniki məsələlərə aiddir.
Gürcüstan Təhsil Nazirliyinin ötən il tətbiq etdiyi yeniliklərdə aşağıda qeyd olunan vacib məsələlər öz həllini tapıb:
1. 1-6-cı sinif şagirdəri çəkisi daha az, daha yüngül dərsliklərlə təmin olunub.
2. 2-3-cü sinif şagirdləri üçün dərsin müddəti 5 dəqiqə azaldılaraq 40 dəqiqə olub. 1-ci sinifdə dərslər 35 dəqiqədir.
3. Məktəblərdə ingilis dili tədrisi məcburidir. 5-ci sinifdən sonra şagird əlavə əcnəbi dil qismində rus, Çin və istənilən Avropa dili arasında seçim edə bilər.
4. 3-6-cı siniflərdə "Mən və cəmiyyət", "Bizim Gürcüstan" dərslərində uşaqlara maliyyənin əsasları da tədris olunur.
5. 1-ci sinifdən 5-ci sinfin ikinci rübünədək uşaqların biliyi qiymət sistemi ilə dəyərləndirilmir.
5. 1-10 arasındakı qiymətləndirmə sistemi 5-ci sinfin 2-ci rübündən tətbiq olunur.
6. Məktəblərdə videokameralar məcburidir: dəhlizlərdə, otaqlarda, həyətdə, yeməkxanada, kitabxanada, zallarda
7. Məktəbə girişdə istisnasız olaraq hamı təmassız şəkildə metal detektoru ilə yoxlanılır.
8. Bütün məktəblərdə psixoloqlar var və onlar "problemli" uşaqlarla işi aktivləşdiriblər.
9. Polis məktəblərdəki pristavlarla daha fəal ünsiyyət saxlayır.
10. Gürcüstandakı bütün 1-ci sinif şagirdlərinə pulsuz "Acer TravelMate B115" noutbukları paylanılır.
Bundan başqa, təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvilinin təkidi ilə məktəblərdə buraxılış imtahanlarını ləğv edilib, ali məktəblərə qəbulda fənn imtahanlarının sayı 3-ə endirilib.
Gürcüstanda məktəblilərə pulsuz noutbuk verilir – TƏHSİL YENİLİKLƏRİ
10:50
26 Aprel 2019