FED.az xəbər verir ki, 29 iyul tarixində GTD School Training Center üç hissəli “İnstitusional İdarəetmə” təlimini təşkil edir. Bu proqram sizlərin hazırkı iş həyatınızda və gələcək karyeranızda idarəetmə bacarıqlarına sahib olmaq və şəxsi biznesini qurmaq fikrində olan gənclərimiz üçün zəruri məlumatlar vermək məqsədi ilə hazırlanmış bir proqramdır.
Təlimin formatı:
Təlim üç fərqli mütəxəssis tərəfindən üç fərqli mövzuda keçiriləcək
1-ci hissə
Mövzu: Müəssisə və Layihə İdarəetməsi
Təlimçi – Amin Məmmədov
Amin Məmmədov 2001-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsini bitirib, bakalavr dərəcəsi alıb. 2003-cü ildə həmin fakültədən fərqlənmə ilə Magistr dərəcəsi alıb. 2006-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ak. Həsən Əliyev Adına Coğrafiya İnstitutunda aspiranturada təhsil alıb. Coğrafiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi üzərində işləyir. 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində cəbhə bölgəsində zabit heyətində xidmət edib. Ehtiyatda olan baş leytenantdır.
Respublikamızda və ölkəmizdən kənarda Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi, BMT və digər beynəlxalq təşkilatların həyata keçirdiyi bir sıra layihələrdə müxtəlif vəzifələrdə mütəxəssis və menecer kimi işləyib. Hazırda beynəlxalq layihədə Layihə rəhbərinin müavinidir. Layihə idarəetməsi, satınalma, strateji planlaşdırma, kommunikasiya və s. ilə əlaqədar sahələrdə 15 il peşəkar iş təcrübəsi və təlimçi təcrübəsi var. Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir.
2-ci hissə
Mövzu: Maliyyə İdarəetmsi
Təlimçi – Elşad Allahverdiyev
Elşad Allahverdiyev Mühasibat uçotu və həmçinin maliyyə işlərinin təşkili və idarə olunması üzrə mütəxəssisdir. Dünya Bankının və digər təşkilatların bir çox beynəlxalq layihələrində (Türkiyə, Misir, Polşa, Ukrayna, Tacikistan, İran, Gürcüstan, Rusiya Federasiyası) və təlimlərində iştirak etmiş Elşad müəllim peşəkar maliyyəçidir. Maliyyə və mühasibatlıq sahəsində 10 ildən çox iş təcrübəsinə sahibdir. Yerli və xarici şirkətlərdə maliyyə mütəxəssisi, “RBC Group Azerbaijan” -da Baş mühasib, “AES Group” – Maliyyə direktoru, ”Dünya Bankı (SCUPA)” – Maliyyə direktoru, “İntelligence Advisers” (Dubay Ticarət Palatası və Applus+ məsləhət xidməti) – Direktor vəzifələrində çalışmışdır. Hal-hazırda “CHINAR İnşaat” və “CHINAR İstehsalat” şirkətlərində Maliyyə direktoru vəzifəsini icra edir.
Həmçinin dövlət orqanlarına və özəl müəssisələrə Maliyyə və Mühasibat uçotu üzrə birçox təlimlər keçmişdir.
3-cü hissə
Mövzu: Müştərilərlə Əlaqələr və Marketinq
Təlimçi – İnam Məmmədov
İnam Məmmədov 2001-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsini bitirib, bakalavr dərəcəsi alıb. Respublikamızda və ölkəmizdən kənarda BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların həyata keçirdiyi bir sıra layihələrdə müxtəlif təlim və tədbirlərdə iştirak edib. Layihə idarəetməsi, müştəri xidmətləri, strateji planlaşdırma və s. əlaqədar sahələrdə 15 ilə yaxın peşəkar iş təcrübəsi və təlimçi təcrübəsinə malikdir. Azərbaycan, Türk, Rus, Alman, İngilis və Ərəb dillərini bilir.
TƏLİM DETALLARI:
Keçirilmə tarixi 29.07.2018
Qeydiyyat: 11:00-11:30
1-ci hissə: 11:30-12:30
Şəbəkələşmə və Kofe fasiləsi: 12:30-13:00
2-ci hissə: 13:00-14:00
Nahar: 14:00-14:30
3-cü hissə 14:30-15:30
Sual-cavab paneli 15:30-16:00
Ünvan: GTD School baş ofis, Baki, Hüseyn Cavid prospekti 81, (Elmlər metro stansiyasının çıxışı)
Tarix: 29 iyul 2018
Biletlərin qiyməti - 30 AZN
Tələbələr üçün - 20 AZN
Qiymətə daxildir:
*Şəbəkələşmə
*Sertifikat
*Kofe fasiləsi
*Nahar
Biletləri əldə etmək üçün ofisə yaxınlaşa, GTD School Training Center-in səhifəsinin mesaj bölməsinə yaza və ya aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
+994 552037130
+994 552037139
+994 124656105
GTD School Training Center təlim keçirir
17:09
17 İyul 2018