Banner

Təhsil və elm

Gənc jurnalistlər üçün layihə

Gənc jurnalistlər üçün layihə | FED.az
13:34 23 Sen 2016
“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə başlanılıb.

Layihənin ilk günündə hüquqşünas Tağı Tağızadə və media eksperti Elvin Şirinli tərəfindən ilkin təlimlər keçirilib. Jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir meyillər barədə məlumat verilib və Azərbaycanda qanunvericilik və təcrübədə tətbiqi ilə bağlı məsələlərə toxunulub.

Qeyd edək ki, “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” Sona Tağıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər

Banner