Növbəti ildən ilkin peşə təhsili üzrə də Təhsil Tələbə Krediti veriləcək.
Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
FED.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.
Təhsil Tələbə Kreditlərinin 35 faizi həssas təbəqədən olan şəxsləri əhatə edib: “Bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün təqdim edilib”. (Apa)










