Xəbər verdiyimiz kimi Formula-1 yarışlarına aprelin 27-dən start veriləcək. Bununla əlaqədar Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi bəzi məktəblərə xəbərdarlıq edib.
Təhsil İdarəsindən FED.az-a verilən məlumata görə, bu məktəblərdə dərs vaxtı dəyişdirilib.
“Məlumdur ki, “2018 FORMULA 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində davam edəcək.