Kompüter elmləri sahəsində mütəxəssislərə ehtiyac var. Universitetlər bazara hər il 3500 məzun buraxır, ancaq bu kifayət etmir.
Vahid Əhmədov: "Gəncləri xaricə oxumağa göndəririk, geri qayıtmırlar"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.
O qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma tendensiyalarına baxsaq, bu mütəxəssis sayı heç də kifayət deyil.
“Bu sahə çox dinamikdir. Düşünürük ki, Azərbaycana xeyli sayda əcnəbi mütəxəssis cəlb etməklə onların bacarıqlarını yerli mütəxəssislərə ötürmək olar", - deyə nazir müavini vurğulayıb. (Trend)