Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib.
Eləcə də bax: Repetitorlar hər ay bu qədər pul ödəməli olacaqlar - SADƏ DİLDƏ İZAH
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir:
• Onlayn tədris prosesinə üstünlük verilməlidir;
• Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;
• Tədris vaxtı tibbi maskadan istifadəetmək məcburidir;
• Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
• Dərs vəsaitləri ortaq istifadəedilməməlidir;
• Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
• Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır