FED.az xəbər verir ki, bu gün AMEA Rəyasət Heyətinin iclasında Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika elmləri doktoru Elçin Hüseynovun radiasiya materialşünaslığı sahəsində mühüm nailiyyətləri, həmçinin 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etdiyi nəzərə alınaraq, ona beş min manat məbləğində pul mükafatının verilməsi qərara alınıb.
Qeyd edək ki, E.Hüseynov 40-a yaxını dünyanın reytinqli və indeksli jurnallarında çap olunmuş 93 elmi əsərin müəllifidir. Alimin beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi 18, i10-indeksi 23, istinad sayı 500-dən yuxarıdır.
Xatırladaq ki, akademiyada 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan pul mükafatı AMEA Rəyasət Heyətinin qərarına əsasən 2017-ci ildən etibarən verilir.